04 iyul 2024 16:39
177

Milli Depozit Mərkəzi II rübdə 1 milyard manatdan çox ödəniş həyata keçirib

Bu ilin II rübündə Milli Depozit Mərkəzi (MDM) qiymətli kağızlar üzrə 1 438 696 627 manat və 32 682 344 ABŞ dolları ödəniş həyata keçirib.

"İki sahil" bu barədə MDM-ə istinadən xəbər verir.

Məlumata görə, rüb ərzində investorlara əsas məbləğ üzrə 1 339 450 000 manat və 30 000 000 ABŞ dolları, kupon üzrə isə 99 246 627 manat və 2 682 344 ABŞ dolları vəsait ödənilib.