BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim məsələləri üzrə Azərbaycan və İsrail arasında əməkdaşlığı genişləndirmək üçün əla fürsətdir.
“İki sahil” xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirinin müavini Yoav Bıstritski “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“COP29 iqlim dəyişikliyi məsələlərində İsrail və Azərbaycan arasında əməkdaşlığı genişləndirmək üçün əla fürsətdir. Biz hər iki ölkənin ekspertlərinin onlayn görüşündə iştirak etdik. Bu görüşdə oxşar səhralaşma problemləri və onların mümkün həlli yolları müzakirə edilib”, - o qeyd edib.
Diplomat vurğulayıb ki, İsrail tərəfi Bakıda keçiriləcək iqlim konfransı çərçivəsində birgə paralel tədbirlər keçirməyi planlaşdırır.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək