COP29-un prezidenti Muxtar Babayev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Diplomat vurğulayıb ki, görüş Brazzavildə meşələrin salınması və bərpası üzrə birinci beynəlxalq konfrans çərçivəsində baş tutub.
“İqlim dəyişikliyi ilə mübarizə ölkələrimizin ikitərəfli tərəfdaşlığının prioritet istiqamətlərindən biridir”, - paylaşımda qeyd edilib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir