Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyindən məmnunluq hissi keçiririk. Bu istiqamətdə dəstəyimizi davam etdirəcəyik.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
O, ölkəsinin TDT-yə üzv ölkələrlə nəqliyyat-logistika sahəsindəki əməkdaşlığa böyük önəm verdiyini bildirib: "İqlim dəyişikliyi və ətraf mühit isə üzləşdiyimiz ən mühüm problemlərdən biridir. COP31-ə ev sahibliyi ilə bağlı namizədliyimizi irəli sürmüşük. COP29-la bağlı Azərbaycana dəstəyimizi də davam etdirəcəyik".
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək