07 iyul 2024 18:20
523

Yaşayış binasında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Xətai rayonu, General Şıxlınski küçəsində onaltımərtəbəli binada yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.

Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, ilkin məlumata əsasən, yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının şaxtasında elektrik naqilləri yanıb.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

***

Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.