Bu il Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək ölkənin “yaşıl enerji” sahəsində gördüyü işlər üçün stimuldur.
“İki sahil” xəbər verir ki, bunu COP29-un baş icraçı direktoru Elnur Soltanov 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində deyib.
E.Sultanov bildirib ki, bu, həyata keçirilən fəaliyyəti bütün dünyaya nümayiş etdirmək imkanı verəcək.
Onun sözlərinə görə, bu kimi məsələlərlə bağlı Azərbaycanın deyəcək çox sözü var: “Azərbaycan artıq neft-qaz sektorunda öz sözünü deyib. Biz dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşa çevrilmişik”.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək