08 iyul 2024 17:16
357

Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib

Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.

“İki sahil” xəbər verir ki, universitetin rektoru Şahin Bayramovun müvafiq əmrinə əsasən, Aytən Quliyeva sözügedən vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Aytən Quliyeva əmək fəaliyyətinə 2008-ci ildə Bakı Slavyan Universitetində başlayıb. 2013–2021-ci illərdə Elm və Təhsil Nazirliyində çalışıb.

Aytən Quliyeva 2021–2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) İnformasiya və insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb. Aytən Quliyeva TKTA-da işlədiyi dövr ərzində qurumun ictimaiyyətlə əlaqələr və kommunikasiya fəaliyyətinə də məsul olub.