08 iyul 2024 17:23
304

Bu yol avtomobillər üçün məhdudlaşdırılacaq - DİQQƏT

Sabah saat 10:00-dan Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq 19-cu km-dən Saray qəsəbəsinə giriş-çıxış hissə avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq.

“İki sahil” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, məhdudlaşma sözügedən hissədə aparılan tikinti işləri bitənə qədər qüvvədə olacaq.

Alternativ olaraq sürücülər qəsəbəyə giriş-çıxış etmək üçün Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun 17-ci km-dən istifadə edə bilərlər.

Agentlik müvəqqəti narahatlığa görə üzr istəyib.