Yaxın keçmişə nəzər yetirsək görərik ki, ölkəmizdə keçirilmiş hər bir beynəlxalq əhəmiyyətli tədbir və idman oyunları zamanı anti-Azərbaycan dairələr, erməni lobbisi tərəfindən qara piar kampaniyaları aparılmışdır. Hər birində də AXCP adlı dərnəyin sədri Əli Kərimli baş rolda oynadılmışdır. COP29 da həmçinin! COP29 iqlim məsələlərinə həsr olunmuş beynəlxalq tədbirdir. Bu, bütün dünya üçün vacib və aktual məsələdir. Hətta Əli Kərimli daxil Yer planetində yaşayan hər bir kəs üçün!
Əli Kərimli öyünür ki, bəs onun yazısını “The Economist” “by invitation” rubrikasında dərc edib. Məşhur “Ac hərflər” tele-tamaşasında deyildiyi kimi – “Ədə, noolsun?” Bu rubrika əslində “by armenians invitation” rubrikasıdır. Belə təsəvvür edək ki, COP29 ərəfəsində Əli Kərimli ermənilərin 30 il ərzində Qarabağ və Şərqi Zəngəzurda törətdikləri ekosid haqqında bir yazı yazır. “The Economist” də bunu çap edir. Əsla belə bir hal mümkün deyil və ola da bilməz! Çünki Əli Kərimli belə bir yazı yazmaz, necə ki, indiyə kimi bu haqda bir cümlə belə danışmayıb. “The Economist”in də nəşr strategiyası bəllidir. Odur ki, Əli Kərimli “The Economist”də yazısı dərc edilib deyə öyünməsin! Azəraycana, xalqa, dövlətə qarşı kimlərinsə, haralarınsa trolu olmaq heç də öyünüləsi iş deyil!

Anar Şahmuradov,
İctimai-siyasi fəal
Slovakiya və Azərbaycan arasında əlaqələr qarşılıqlı dostluq prinsiplərinə əsaslanır
Ağalar Vəliyev: Heydər Əliyev Azərbaycanın müstəqilliyinin memarı və dövlətçiliyinin banisidir