10 iyul 2024 02:29
598

Çox düşünmək beyini məhv edirmiş

Narahatlıq son günlərdəki ən böyük sağlamlıq problemlərindən biridir. Biz hamımız bu və ya digər səbəblərdən problemlərimizin həllini tapmaq üçün uzun-uzadı düşünürük. Lakin uzun düşünməyin də sağlamlığa zərərləri var.

Bu barədə Prof. Dr. Osman Müftüoğlu yazıb. Belə ki, uzun müddət hər şeyə "sıfırdan" yox, "yenidən" başlamaq, təkrar-təkrar və təfərrüatlı şəkildə düşünmək stres hormonlarının, xüsusən də kortizolun istehsalını artırır. Bir növ bədbəxtlik dövrü yaradır, narahatlıq və depressiyaya səbəb olur. Bu hal sosial əlaqələrə zərər verə bilər və hətta motivasiyanı tamamilə məhv edə bilər.

Buna görə də narahatlıq əlamətlərini əvvəlcədən  bilməliyik ki, qarşısını almaq üçün gec olmasın. Budur o əlamətlərdən bəziləri...

Yuxu pozğunluğu

Diqqət çatışmazlığı / Unutqanlığa meyl

Əzələ gərginliyi və ağrılar.

Tez yorulma, halsızlıq və zəiflik.

Narahatlıq və rahatlaşmaqda çətinlik

Artan bezginlik  hissi

Qəzəblilik, sürətli və nəzarətsiz reaksiyalar, əsəb krizi.

Nigar Orucova, “İki sahil”