Birləşmiş Ştatların Sahil Gözətçiliyinin və yerli əhalinin verdikləri məlumata görə, “Breton Sound” platformasının yaxınlığında 126 qallon neft sızaraq ətrafa yayılıb. Sahil Gözətçiliyinin sözçüsü sızmanın iyunun 10-da 18 saylı “Breton Sound” hasilat platformasında baş verdiyini və sızmaya ərazidəki gəminin səbəb olduğunu qeyd edib.
“İki sahil” fox8live.com saytına istinadən xəbər verir ki, ekipaj üzvləri özüqalxan qazma quğusundan istifadə etməklə sızmanı aşkar ediblər. Onlar, həmçinin sızma nəticəsində su və neftdən başqa əlavə hansı ehtiyatın dağıldığını müəyyən etmək üçün sızmanın baş verdiyi əraziyə kiçiktutumlu çən yerləşdiriblər.
Qeyd edək ki, 1000 futdan artıq ərazi sızmış neftlə əhatələnib.