11 iyul 2024 02:54
670

Sərinləşdirici içkilər arıqladır, yoxsa kökəldir? - FOTO

Qızmar yay günlərində hər kəsin sərinləşdirici içkilərə olan tələbatı artır. Susuzluğu yatırmaq üçün müxtəlif növ içkilər alırıq. Kimisi qazlı, kimisi sadə suya üstünlük verir. Şirin qazlı suları xoşlayanlar da var.

Qidalanma və Pəhriz Mütəxəssisi Sıla Bilgili Tokgöz həddindən artıq isti havalarda evdə hazırlaya biləcəyiniz sərinləşdirici içkilərin reseptlərini verib və bir su stəkanına (200 ml) bərabər gələn kalori miqdarlarını izah edib:

Şəkərsiz limonad (200 ML/ 65 KALORİ)

Yay dedikdə ağıla ilk gələnlərdən biri evdə hazırlanmış limonaddır. Sıla Bilgili Tokgöz, tərkibində bal olduğu üçün 1 yaşdan kiçik uşaqlara bu içkin in verilməsini m əsləhət görməyib.

Resept: İki böyük limonun və bir portağalın qabığını sürtgəcdən keçirin və suyunu sıxın. Üç xörək qaşığı çiçək balı, bir çimdik reyhan və ya nanəyə bir litr su əlavə edin və dərin bir qabdaqarışdırın . Ən azı iki saat soyuducuda saxlayın. Sonra incə süzgəclə süzün. Bol buz, nanə və ya reyhan yarpağı ilə süfrəyə verə bilərsiniz.

Qarpız və qovunlu mineral su  (200 ML/120 KALORİ)

Yayın əvəzolunmaz meyvələri arasında qarpız və qovun yüksək sululuğu ilə seçilir. Bu meyvələri mineral su ilə birləşdirdikdə ləzzətli içki əldə edirsiniz. Amma diqqətli olun!

Qidalanma və Pəhriz Mütəxəssisi Tokgöz vurğulayır ki, şəkərli diabet xəstələri bu içkinin glisemik indeksi, yəni qan şəkərini yüksəltmə sürəti kifayət qədər yüksək olduğu üçün daha az ölçülü və diqqətli istifadə etməlidirlər.

Resept: İki dilim qarpız (200 q) və iki dilim qovun (200 q) iki saat dondurucuda dondurulur. Sonra təzə nanə yarpaqları ilə qarışdırın. Yarım limon suyu və bir şüşə mineral su əlavə edərək içə bilərsiniz.

Qaragiləli smoothie (200 ML/ 250 KALORİ)

Xüsusilə yay aylarında səhər yeməyinə fərqli alternativ axtaranların ləzzət alacağı doydurucu və təravətləndirici içkilərdən biridir. Tərkibindəki çiyələk və qaragilə sayəsində C vitamini və antioksidant baxımından çox zəngindir. Yulaf tərkibindəki lif sayəsində mədədən gec ayrılır və daha uzun müddət tox qalmağınıza kömək edir. Süd həm kalsiumun, həm də proteinin gündəlik qəbuluna kömək edir. Glisemik indeksi aşağı olan meyvələrdən istifadə edildiyi üçün diabet xəstələri onları rahatlıqla seçə bilərlər.

Resept: Bir qaba səkkiz göyərti, bir stəkan süd, iki xörək qaşığı yulaf və bir çay qaşığı toz darçın qoyub blenderdən keçirib  içə bilərsiniz. Daha şirin dad axtaranlar bu reseptə banan da əlavə edə bilərlər. Süd və süd məhsullarını sevməyənlər badam və ya yulaf südü kimi bitki mənşəli südlərdən istifadə edə bilərlər.

Meyvəli kefir (200 ML/195 KALORİ)

Sıla Bilgili Tokgöz, kefirin probiotik təsiri ilə bağırsaqlara faydalı olduğunu vurğulayaraq, içərisindəki kalsium və zülal sayəsində əzələ və sümük sağlamlığı üçün son dərəcə vacib olduğunu söylədi. O, əlavə qida dövründə hətta körpələrin rahatlıqla içə biləcəyi həm çox sağlam, həm də çox doyurucu bir içki kimi tanınır.

Resept: Bir stəkanının dörddə üçü qədər kefiri, yarım çay stəkanı suyu, bir balaca bananı və iki əriyi blenderdən keçirdikdən sonra içə bilərsiniz. Diabet xəstələri üçün; Albalı, şaftalı, alma və çiyələk kimi qan şəkərini tez yüksəltməyən qidalara üstünlük verilə bilər.

Reyhan şərbəti  (200 ML/32 KALORİ)

Osmanlı mətbəxindən günümüzə qədər gəlib çatan bu əvəzolunmaz şərbətin olduqca sağlam olduğunu ifadə edən dietoloq bildirib ki, reyhan antioksidant-immunitet dəstəkləyicidir, mədə-bağırsaq şikayətlərinə və həzmsizliyə faydalıdır. Şərbət deyəndə ağla dərhal şəkərli içki gəlsə də, rafinə şəkərdən istifadə etmədən reyhan şərbətini hazırlamaq olar.

Resept: Bir dəstə təzə reyhan yuyub bir qaba qoyun. Üzərinə bir litr qaynar su tökün, bir darçın çubuğu, beş mixək və bir limon suyu əlavə edin və soyuyana qədər gözləyin. Soyuduqdan sonra iki xörək qaşığı xurma ekstraktı və ya bal əlavə edib bol buzla süfrəyə verə bilərsiniz.

Soyuq şaftalılı yaşıl çay (200 ML/60 KALORİ)

Sıla Bilgili Tokgöz, hazır satılan soyuq çayların yüksək miqdarda rafinə şəkər ehtiva etdiyini, bu səbəbdən onları evdə hazırlamağın sağlamlığa daha faydalı olduğunu bildirir: “Termogen təsirinə görə yaşıl çay daha çox enerji sərf etməyə imkan verir. Eyni zamanda yaşıl çay tərkibindəki polifenolik komponentlərin təsiri ilə arıqlamağa və köpü aradan qaldırmağa da kömək edir. Lakin tərkibindəki kofeinə görə yüksək təzyiq, ürək-damar və böyrək xəstəlikləri olan insanlar diqqətli olmalıdırlar”.

Resept: Yarım litr qaynadılmış suda iki paket yaşıl çay və ya bir xörək qaşığı tökmə yaşıl çay atın. Soyumasını gözləyin. İki yetişmiş şaftalını bir stəkan su ilə blenderdən keçirin və bir qaba süzün. Sonra soyudulmuş yaşıl çayınızı əlavə edib buzla süfrəyə verə bilərsiniz. 

Nigar Orucova, “İki sahil”