Son 5 gündə Türkiyənin 81 vilayətdə axtarışda olan şəxslərə qarşı həyata keçirilən "Dairə-19" əməliyyatları çərçivəsində 4466 nəfər saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.
Saxlanılan şübhəlilərdən 4 min 436 nəfərinin 0-5 il, 19 nəfərinin 5-10 il, 11 nəfərinin isə 10 il və daha çox müddətdir axtarışda olduğu bildirilib.
Saxlanılanların 4 min 466 nəfərin 691-i oğurluq, 383-ü dələduzluq, 159-u soyğunçuluq, 79-u adam öldürmə, 116-sı seksual cinayət, 85-i terror, 718-i narkotik cinayət, 434-ü qaçaqmalçılıq və mütəşəkkil cinayətlərdə axtarışda olub.
Yerlikaya sosial media hesabından yaydığı açıqlamada deyib: “Sevgili millətimizin bilməsini istəyirəm ki, qaçaq cinayətkarların küçələrimizdə dolaşmasına heç vaxt icazə verməyəcəyik. Ailələrimizin dincliyini pozmasına icazə vermədik və verməyəcəyik”.
8️⃣1️⃣ ilde son 5️⃣ günde “Aranan Şahıslara Yönelik” düzenlenen “ÇEMBER-19” operasyonlarında arama kaydı bulunan 4️⃣ bin 4️⃣6️⃣6️⃣ firari yakalandı❗
— Ali Yerlikaya (@AliYerlikaya) July 12, 2024
Aziz Milletimizin Bilmesini İsterim ki;
Firari suçluların sokaklarımızda gezmelerine asla izin vermeyeceğiz. Ailelerimizin huzurunu… pic.twitter.com/IfR4ZChTlP
Məhərrəm Ağalaroğlu, “İki sahil”