14 iyul 2024 20:44
452

Dənizdə həyat savaşı: Gəmi qəflətən alovlandı

Marmaris ilə Yunanıstan arasındakı Keçi adası yaxınlığında taxtadan inşa edilmiş lüks taxta tur gəmisində anidən yanğın baş verib.

“İki sahil” Türkiyə mətbuatına istinadla xəbər verir ki, 34 sərnişin və 3 ekipaj üzvü ilə mavi kruizə gedən tur gəmisində naməlum səbəbdən yanğın baş verib. Qısa müddətdə bütün qayığı bürüyən alovdan sərnişinlər və ekipaj dənizə atılaraq xilas olublar.

Gəmilərin çox olduğu bölgədə dənizə atılanların hamısının sağ-salamat xilas edildiyi bildirilib.

Tamamilə yanmış tur gəmisinin dənizdən çıxarılması üçün Liman İdarəsi tərəfindən yedək gəmisi göndərilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”