“Qəzzada atılan hər hansı səhv addım geri dönüşü olmayan nəticələrə gətirib çıxara bilər”.
“İki sahil” xəbər verir ki, bunu Türkyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səud ilə görüşü zamanı deyib.
O qeyd edib ki, Türkiyə Qəzzada tezliklə atəşkəsin əldə olunması və bölgəyə humanitar yardımın maneəsiz çatdırılmasının tərəfdarıdır:
“Mən beynəlxalq ictimaiyyəti daha çox qan tökülməsinin və münaqişənin genişlənməsinin qarşısını almaq üçün İsrailə təzyiq göstərməyə çağırıram”.
SEPAH: Hörmüz boğazında neft tankerinin dəniz minalarına toxunması nəticəsində partlayış baş verib
AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini məhdudlaşdıran yeni qaydalar təklif edəcək
Tramp: Uğursuzluğa uğrayan İran tez və çarəsiz şəkildə razılaşma bağlamaq istəyir