Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, YAP Gənclər Birliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl dünya üçün innovasiyalar” Rəqəmsal İdeya Müsabiqəsində SOCAR-ın Bakı Ali Neft Məktəbinin tələbələri qalib gəlib.
120 gəncin iştirak etdiyi yarışda birinci yerə "Dəfnə" layihəsi ilə Ali Məktəbin tələbələri - Kimya mühəndisliyi ixtisasında təhsil alan Arzu Əsədzadə və Biznesin idarə edilməsi ixtisasında oxuyan Elnar Babayev layiq görülüb. Üçünçü yeri isə Bakı Ali Neft Məktəbinin Bisnesin idarə edilməsi ixtisasının tələbəsi Seyfəddin Qasımovun da daxil olduğu "Turan" komandası tutub. İntellekt nominasiyası üzrə isə Biznesin idarə edilməsi ixtisasında təhsil alan Çingiz Məmmədovun da təmsil olunduğu “Qayıdış" komandası birincilik əldə edib.
Tələbələrimizi təbrik edir, uğurlar arzulayırıq!
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR