16 iyul 2024 14:30
571

Duz lampaları həqiqətən faydalıdırmı? - ARAŞDIRMALAR TƏSDİQ EDİR Kİ...

Bir çox insanın bəzək əşyası kimi bəyəndiyi duz lampaları qapalı məkanlarda gözəl görünüş təqdim edir. Bəs, duz lampalarının sağlamlıq üçün faydalı olduğu doğrudurmu?

Dekorativ gözəlliyi ilə yanaşı, duz lampalarını müalicəvi faydasl olduğu üçün alanlar da var. Amma duz lampalarının müalicəvi xüsusiyyətlərə malik olduğu deyilsə də, araşdırmalar bunu tam təsdiq etmir.

Duz lampaları içərisində lampa və ya müxtəlif işıqlandırıcılar olan qaya duzu parçalarıdır. Əsl duz lampaları adətən Himalay dağlarından çıxarılan qaya duzundan hazırlanır. Ancaq duz lampalarını alarkən bunun həqiqi, yoxsa saxta olduğunu anlamaq çətindir.

Duz lampaları haqqında ən çox yayılan iddialardan biri onların havaya mənfi ionlar buraxması ilə bağlıdır. Alimlər 20-ci əsrin əvvəllərindən hava ionlarının mənbələrini və potensial faydalarını araşdırırlar.

Bununla belə, mənfi ionların psixi və fiziki sağlamlıq üçün potensial faydası da təsdiqlənmiş fakt deyil. Ona görə ki, bu tədqiqatlar nəticəsiz qalıb. Bu lampaların insan sağlamlığına faydalı olduğu xüsusiyyətlərinə malik olduğuna dair heç bir elmi sübut yoxdur.

Duz lampalarının mənfi ionlar istehsal etdiyi deyilsə də bununla bağlı çox az dəlil mövcuddur. Duz lampaları ilə bağlı suallara aydınlıq gətirmək üçün həkim Dr. Puja Uppal müxtəlif sağlamlıq iddialarını dəstəkləmək üçün heç bir məlumat olmadığını təsdiqləyib: "Xəstələrə simptomların kök səbəbini bilməyin daha vacib olduğunu bildirirəm.”

Ancaq bir əşyanın, obyektin stressinizi azaltdığını düşünürsünüzsə, bu, fərqli bir yanaşmadır. Stress bədəninizə və ağlınıza bir çox müxtəlif yan təsirlərə səbəb ola bilər. Buna görə də stress səviyyənizi nəzarət altında saxlamaq üçün bu cür əşyalardan istifadə edərək istirahət etməyi seçə bilərsiniz. İstirahət, ümumiyyətlə stressi azaltmağa kömək edə bilər. Duz lampası olan bir mühitdə yoqa və idman edərkən özünüzü daha rahat hiss edirsinizsə, o zaman bunun zərəri yoxdur.

Orxan Vahidoğlu, "İki sahil"