12 dekabr 2017 01:10
817

Danimarkalı məhkəməni qunduzlara uduzdu

Danimarkanın Xolstebro şəhərindəki məhkəmədə qəribə proses keçirilib.

Yerli fermer Find Andersen-Fryüdal Danimarka ətraf mühitin mühafizəsi agentliyini məhkəməyə verib. Find torpaq ərazisinə qunduzların vurduğu ziyana görə təzminat tələb edib.

Fermer hökumətdən 27-40 min avro arası təzminat almaq niyyətində olub. Qunduzlar fermerin ağaclarını gəmiriblər və su təchizatına ziyan vurublar. Amma məhkəmə müəyyən edib ki, fermerə artıq kifayət qədər təzminat ödənilib.  Andersen-Fryüdal agentliyə məhkəmə xərcləri olaraq 4 min avro ödəməlidir.