SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri PAŞA Holdinqin tələbələr üçün təşkil etdiyi “Əlaçı” təqaüd proqramını uğurla başa vurublar.
“İki sahil” xəbər verir ki, biznesin idarə edilməsi ixtisasının III kurs tələbələri Həmid Həşimzadə və İlahə Hacıyeva, eləcə də Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbələri Fidan Quliyeva və Nərmin Mamedova proqrama müraciət etmiş 2100-dən çox tələbə arasından seçilib, 110 tələbə arasında öz adlarını yazdırmağı bacarıblar.
“Əlaçı” proqramı tələbələrin aylıq təqaüdlə təltif edilməsini nəzərdə tutan bir illik təqaüd proqramıdır. Tələbələr üçün onların peşəkar və fərdi inkişafına yönəlmiş tədbir və təlimlər, eləcə də “PAŞA Holding”, “PAŞA Sığorta” və “PAŞA Technology” şirkətlərindən olan mütəxəssislərlə görüşlər təşkil olunub.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR