18 iyul 2024 13:44
545

SOCAR 2030-cu ilədək məişətdə yanacaqdan istifadəni sıfıra endirməyə çalışacaq

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) neft-qaz şirkətindən enerji korporasiyasına çevrilmək üçün 1 il yarımdan artıq müddət ərzində transformasiya prosesi gedir.

“İki sahil” "Report"a istinadla xəbər verir ki, bunu SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı Milli Mətbuat Günü və “Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə media nümayəndələri üçün SOCAR-ın Ekoloji parkına təşkil edilən media-tur zamanı deyib.

O qeyd edib ki, SOCAR 2030-cu ilədək məişətdə yanacaqdan istifadəni sıfıra endirməyə çalışacaq:

"Bununla bağlı SOCAR öz emissiyalarında ölçmələr edir. Dekarbonizasiya mərhələsində azalmanı təmin etməyi hədəfləmişik. SOCAR-da yeni seqmentlər yaradılıb, yeni bizneslərin yaradılması istiqamətində işlər görülür. Külək, günəş, "yaşıl hidrogen" məsələləri araşdırılır".

M. Qurbanlı əlavə edib ki, SOCAR, "Azərbaycan İnvestisiya Şirkəti və BP 2025-ci ilin sonuna kimi 240 MVt gücündə "Şəfəq" günəş elektrik stansiyası layihəsini həyata keçirilməsini planlaşdırır: "Eyni zamdan SOCAR aparıcı qlobal şirkətlərlə birgə Azərbaycanda həyata keçirilən irimiqyaslı bərpa olunan enerji və "yaşıl hidrogen" layihələrində iştirak edir".