İsrailin Qəzza zolağında məktəb və qaçqın düşərgəsinə endirdiyi yeni zərbələr nəticəsində azı 7 nəfər həlak olub. “İki sahil” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
“İsrail ordusu Qəzza şəhərindəki məktəbi bombalayıb və bu, Fələstin anklavında son günlər hərbi əməliyyatlarla vurulan 9-cu məktəbdir. Zərbə nəticəsində orada sığınan köçkünlərdən ən azı ikisi həlak olub.
Həmçinin, İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsində yerləşən Əl-Buric qaçqın düşərgəsindəki evi atəşə tutması nəticəsində 5 nəfər həlak olub”, telekanal qeyd edib.
Məlumata görə, 7 oktyabr 2023-cü il tarixində başlayan müharibədə əksəriyyəti qadın və uşaqlar olmaqla 38 min 848 fələstinlinin ölümünə, 89 min 459 nəfərin isə yaralanmasına səbəb olub.
Məhərrəm Ağalaroğlu, “İki sahil”