19 iyul 2024 12:16
219

Azərbaycan şiddətli quraqlıq riskinə görə dünyada 18-ci yerdədir- "Azərkosmos"

Azərbaycan 2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə qlobal miqyasda 18-ci yerdədir.

“İki sahil” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") nümayəndəsi Murad Camalov bildirib.

"İqlim modellərinə əsasən, 2020-2040-ci illərdə temperaturun 0,5-2,5 dərəcə yüksələcəyi və yağıntıların 10-20 % azalacağı proqnozlaşdırılır", - deyə o qeyd edib.