Azərbaycan şirkəti Dağıstanda Aqropark salacaq.
“İki sahil” xəbər verir ki, bunu "İsfa" MMC-nin direktoru Samir Xeyirbəyov deyib.
Onun sözlərinə görə, bu layihə şirkətimizin beynəlxalq fəaliyyətində mühüm mərhələ hesab olunur. Dağıstan Respublikasının aidiyyəti qurumları ilə əldə olunan razılaşmalara əsasən Dərbənd rayonunda iri aqropark layihəsinin icrasına başlanılıb.
İlk mərhələdə 100 hektar ərazidə zeytun bağları salınır və gələcəkdə bu sahənin 300 hektara çatdırılması nəzərdə tutulur. Layihədə istifadə olunan zeytun tingləri Yevlax Pilot Aqroparkında yetişdirilib. Suvarma sistemlərinin layihələndirilməsi və quraşdırılması da şirkətimiz tərəfindən həyata keçirilir.
Növbəti mərhələdə isə gündəlik 100 ton istehsal gücünə malik zeytun yağı emalı zavodunun tikintisi planlaşdırılır. Hazırda layihə üzrə texniki hazırlıq və təşkilati işlər aktiv şəkildə davam etdirilir.
Nazir: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Görüşündə iştirakı region üçün yeni imkanlar açır
Mikayıl Cabbarov: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 50 faizdən çox artıb
SOCAR Türkmənistanda perspektivli yataqların işlənməsində iştirak etməkdə maraqlıdır – nazir
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir