Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondu və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilən “By Youth For Youth” (Gənclər tərəfindən gənclər üçün) Beynəlxalq Forumu öz işini yekunlaşdırıb.
“İki sahil” xəbər verir ki, Forum çərçivəsində ölkəmizdə səfərdə olan 200-ə yaxın qonaq SOCAR-ın Bakı Ali Neft Məktəbinə (BANM) gəlib. Qonaqlar BANM-də yaradılan ən müasir laboratoriyalarla tanış olublar. Eləcə də “Bibiheybət” məscidini, Azərbaycan Milli Xalça Muzeyini, İçərişəhəri və digər məkanları ziyarət ediblər.
Şuşada başlayan Forumun məqsədi İslam Dünyası gənclərinin sülhyaratma, davamlı inkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrini müzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərin müzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkan yaratmaqdır.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR