COP29-un prezidenti Muxtar Babayev Cənubi Afrika Respublikasının ətraf mühit, meşə təsərrüfatı naziri Corc Dion ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“COP29 sədrliyi Uhanda keçirilən VIII İqlim Fəaliyyəti Nazirlər Toplantısı (MoCA) çərçivəsində Cənubi Afrikanın ətraf mühit, meşə təsərrüfatı naziri Corc Dion ilə görüşüb. Burada COP29 ilə bağlı əməkdaşlıq, prioritetlər və gözləntilər müzakirə edilib”, - paylaşımda bildirilib.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək