24 iyul 2024 16:20
273

COP29 sədrliyi: Afrikanın ehtiyacları və problemləri fəaliyyətimizin mərkəzindədir

COP29 komandası bir çox maraqlı tərəfləri bir araya gətirən karbon bazarları ilə bağlı Afrika konfransında iştirak edib.

“İki sahil” xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Məlumata görə, konfrans çərçivəsində COP29 sədrliyi Paris Sazişinin 6-cı Maddəsinin praktiki icrasını nəzərdən keçirib.

Bununla yanaşı, Afrikanın ehtiyaclarının COP29 sədrliyinin fəaliyyətinin və səylərinin mərkəzində olduğu bildirilib.