SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri “InnoCamp - ASAN könüllülərinin innovasiya düşərgəsi”nin intellektual yarışının qalibi olublar. BANM-in "CyberCell" komandası I, "TechTonic" komandası II, “CyberFortress” komandası isə III yerə layiq görülüb.

“İki sahil” xəbər verir ki, onlar Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının II kurs tələbələri Aysel Rəhimli və Rəşad Mütəlibov, habelə Biznesin idarə edilməsi ixtisasının I kurs tələbəsi Fuad Cavadzadədir.
İnnovasiyanın təşviqi məqsədilə keçirilən müsabiqədə həmçinin 3 ən yaxşı layihə də seçilib. Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının II kurs tələbələri Şahin Məmmədzadə (ŞahMatrix) və Aysel Rəhimli (TechTonic), eləcə də sözügedən ixtisasın I kurs tələbəsi Məryəm Nəzərovanın (Cybitrus) layihələri qalib olub.
Yarış “ASAN Könüllüləri” Təşkilatının və “Qala Sığorta” ASC-nin birgə dəstəyi ilə Lənkəran şəhərində baş tutub.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR