25 iyul 2024 16:18
267

MSK: Polad Bülbüloğluna deputatlığa namizədlik üçün imza vərəqələri təqdim edilib

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu növbədənkənar parlament seçkilərində namizədlik üçün müraciət edib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Report"un sorğusuna cavab olaraq Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Qeyd edilib ki, Polad Bülbüloğlunun 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputatlığa namizədliyinin irəli sürülməsi təsdiq edilib.

MSK-dan o da bildirilib ki, ona imza vərəqələri verilib.