07 sentyabr 2024 16:05
467

Prezident İlham Əliyev böyük diplomatik ustalıqla Azərbaycanı qlobal siyasətdə vacib aktora çevirir - EKSPERT

“Bu gün müxtəlif qütblərdə təmsil olan ölkələr, o cümlədən müxtəlif qütblərin maraqları əsasında formalaşmış təşkilat və birliklər Azərbaycana münasibətdə müsbət mövqe sərgiləyirlər. Bu də səbəbsiz deyil. Çünki Azərbaycan bütün dünya ölkələri, həmçinin müxtəliq qütblərin təmsilçiləri ilə əlaqələrini inkişaf etdirir. Bu zaman isə milli maraqalarını da hansısa beynəlxalq marağa qurban vermir”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri deyib. 

Prezident İlham Əliyevin İtaliyaya son səfəri zaman da biz növbəti dəfə beynəlxalq aləmdə ölkəmizə, xüsusilə də dövlət başçımıza necə böyük dəyər verildiyinin şahidi olduq 

Onun sözlərinə görə bu uğurların kökündə dayanan əsas amil Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdir: “Qeyd edək ki, istər Avropada, istərsə də Yaxın Şərtdə bu cür mövqeyə malik olmaq, bir-birini qəbul etməyən bütün qütblərin qəbul etdiyi, hörmət göstərdiyi ölkəyə çevrilmək heç də asan deyil. Bunun üçün düşünülmüş, çoxşaxəli və ağıllı siyasət həyata keçirilir. Daha dəqiq desək, Prezident İlham Əliyev böyük diplomatik ustalıqla Azərbaycanı qlobal siyasətdə vacib aktora çevirir. Bunun sayəsində də Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi hər keçən gün daha da güclənir”.

Azərbaycanın getdikcə artan rolu və imkanları dünyada aydın başa düşülür, qəbul olunur

Nadir Azəri deyib ki, Prezident İlham Əliyevin İtaliyaya son səfəri zaman da biz növbəti dəfə beynəlxalq aləmdə ölkəmizə, xüsusilə də cənab Prezident İlham Əliyevə necə böyük dəyər verildiyinin şahidi olduq: “Bundan əvvəl Britaniya, Almaniya və digər Avropa ölkələrinə səfərlərdə olduğu kimi, İtaliya səfərində də Azərbaycan Prezidenti yüksək beynəlxalq nüfuza malik şəxs kimi qarşılandı. Həm bu, həm də Preizdent İlham Əliyevin Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinə olan səfərləri göstərir ki, hər yerdə Azərbaycanın getdikcə artan rolu və imkanları aydın başa düşülür, qəbul olunur. Eyni zamanda Azərbaycanın Vətən müharibəsindən sonra yaratdığı reallıqlar, həmçinin ölkəmizin regionda və dünyada, sülhə, sabitliyə, davamlı inkişafa yönələn təşəbbüsləri qəbul edilir, dəstəklənir. Təbii ki, bu da hər bir Azərbaycan vətəndaşında qürur və iftixar yaradır”.