26 iyul 2024 23:15
409

Biz heç zaman nə işğalı, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq

Sözsüz ki, biz heç bir zaman nə işğalı nə fəsadları, nə verdiyimiz qurbanları,nə böyük Qələbəmizi unutmayacağıq.

İllərlə torpağımızda çörək verib,dostluq ,qardaşlıq şəraitində yaşadığımız bədnam qonşularımız 1988-ci ildən artıq Qarabağa-dilbər guşəmizə göz dikdilər. 1992-ci ildə başlayan müharibə torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələndi. Keçmiş münaqişənin nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərdi. Ancaq 30 il sonra Ali Baş Komandanımızın düzgün siyasəti ilə milli ruhda böyüyən igidlərimiz, o cümlədən müasir ordu quruculuğu Azərbaycana öz hədəfinə çatmağa imkan verdi. Müzəffər Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etməklə düşməni tam kapitulyasiyaya məruz qoydu.  

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. İllər, aylar, əsrlər keçəcək, çox şeylər unudulacaq, amma Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibədə göstərdiyi fədakarlıq, qəhrəmanlıq heç vaxt yaddan çıxamayacaq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza cansağlığı versin. Bu gün məhz onların sayəsində Azərbaycan xalqı qalib xalqdır və buna görə də biz onların hər birinə minnətdarıq”.  Mən də bir müəllim olaraq gənc nəslin təlim-tərbiyəsində,vətənpərvər ruhda böyüməsində əlimdən gələni edirəm.
Ölkə başçısının vurğuladığı kimi, sözsüz ki, biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq. Biz və bizim gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək.  
 

Güllü Məmmədova,
Bakı şəhəri, Xətai rayonu 24 nömrəli orta məktəbin  Azərbaycan dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü