26 iyul 2024 12:19
297

Kürdəmirdə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənclərlə görüş keçirilib - FOTO

YAP Kürdəmir rayon təşkilatının və “Kürdəmir Gənclər evi” SXM-in birgə təşkilatçılığı ilə rayon təşkilatının qərargahında  Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənclərlə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüş zamanı YAP Kürdəmir rayon təşkilatı aparatının İdeoloji işlər üzrə məsləhətçisi Məhəmməd Heydərli, “Kürdəmir Gənclər evi” SXM-in metodisti Cəmilə Məmmədova və  “Kürdəmir Gənclər evi” SXM-in könüllüsü Aynurə Kazımlı mövzu ətrafında çıxış etmişlər.

Sonda gəncləri maraqlandıran suallar cavablandırlıb.