26 iyul 2024 20:20
272

Aİ 7 üzv ölkə üçün büdcə intizamı prosesini başlatdı

Avropa İttifaqı (Aİ) yüksək büdcə kəsirlərinə görə Belçika, Fransa, İtaliya, Macarıstan, Malta, Polşa və Slovakiyaya qarşı intizam prosesi başladıb.

“İki sahil” xəbər verir ki, Aİ Şurası, maliyyə siyasətlərinin koordinasiyasını təmin etmək üçün nəzərdə tutulmuş qaydalar toplusu olan “Sabitlik və Böyümə Paktı” çərçivəsində həddindən artıq büdcə kəsiri olduğu müəyyən edilən 7 üzv ölkə üçün "həddindən artıq kəsir proseduru"na başlanıldığını açıqlayıb.

Bütün üzv ölkələrin Aİ müqavilələrində müəyyən edilmiş meyarlar və istinad dəyərləri əsasında büdcə intizamına riayət etməli olduğu, büdcə kəsirlərinin ÜDM-in 3 faizindən, borcların isə 60-faizi keçməməli olduğu bildirilib.

Aİ fiskal qaydaları üzv ölkələrin dövlət kəsirlərini və borclarını məhdudlaşdırır.

Bu limitlər aşıldığında alınacaq tədbirlər AB Komissiyasına bildirilməli və effektiv mübarizə aparılmalıdır, lakin Aİ ölkələrinin əhəmiyyətli bir hissəsi maliyyə qaydalarına əməl etmir.

İntizam proseduru həddindən artıq kəsiri olan ölkələrin fiskal siyasətlərini sərtləşdirməyi hədəfləyir.

Maliyyə qaydalarına əməl etməyən ölkələr intizam prosesinin sonunda cərimələnə bilər.

Qeyd edək ki, ötən il İtaliyada 7,4, Macarıstanda 6,7, Rumıniyada 6,6, Fransada 5,5, Polşada 5,1, Malta və Slovakiyada 4,9, Belçikada 4,4 faiz büdcə kəsiri yaranıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”