26 iyul 2024 22:37
309

Biləsuvarda innovativ üsulla qarpız yetişdirilib

Bu il Biləsuvar rayonunda ilk dəfə olaraq suvarılmayan torpaqlarda müasir innovativ üsulların tətbiqi ilə bostan bitkilərindən olan qarpız yetişdirilib.

Aprel ayının əvvəlindən 10 hektarlıq sahədə müasir əkin texnologiyası ilə torpağa basdırılan qarpız toxumu damla suvarma sistemləri ilə becərilir. Qarpızın “Qrandis şirin-F1, "Qrandis-F1 kalistan” kimi növləri becərilir.

Qeyd edək ki, bu il Biləsuvar rayonunda ümumilikdə 100 hektara yaxın sahədə bostan bitkiləri əkilib. Ötən il sahələrdən 12 430 ton məhsul əldə olunub.