27 iyul 2024 08:44
269

Ukrayna dəniz dəhlizi ilə artıq 60 milyon ton yük ixrac edilib

Ukrayna dəhlizinin fəaliyyət göstərdiyi 11 ay ərzində Böyük Odessa limanlarının yük dövriyyəsi 60 milyon tona çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Dəniz Limanları İdarəsi məlumat yayıb.

"60 (ALTMIŞ) milyon ton! 11 ayda 46 ölkəyə 40,6 milyon ton taxıl yükü ixrac edilib", - məlumatda deyilir.

Bildirilib ki, müharibəyə baxmayaraq, Ukrayna dünyanın qlobal ərzaq təhlükəsizliyində əsas oyunçu olaraq qalır. Xüsusilə Asiya və Afrikaya taxıl ixracı ilə bağlı.

Məhərrəm Ağalaroğlu, “İki sahil”