27 iyul 2024 09:21
264

Aşqabadda MDB-nin Əmək Məşvərət Şurasının iclası keçiriləcək

Bu il oktyabrın 17-18-də Aşqabadda Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv ölkələrinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçiriləcək.

“İki sahil” xəbər verir ki, “Neytralnı Turkmenistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti sədrinin müavini Xocamırat Gəldimuradov hökumətin iclasında bildirib.