27 iyul 2024 09:33
327

Siirtdə 4 terrorçu zərərsizləşdirilib

Siirtin Pervari rayonunun çöl ərazisində həyata keçirilən “GÜRZ-2” əməliyyatında 2-si narıncı, 2-si boz kateqoriyalı 4 terrorçu zərərsizləşdirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Zərərsizləşdirilən terrorçular arasında “Benda Amed” kod adlı Semra Ayverdi, “Baran Hemlin” kod adlı Seyithan Sencer, Daxili İşlər Nazirliyinin “Terrorçuluğa görə Axtarılanlar” siyahısında “narıncı”, “Sarı İbrahim” kod adlı Yakup Nişo və "Destina Botan" kod adlı Bişenk Durmuş un "boz" kateqoriyasında olduğu müəyyən edilib.

Terrorçuların 6 mühafizəçi və 5 mülki vətəndaşın şəhid olduğu, 6 mühafizəçi və 11 mülki vətəndaşın yaralandığı ümumilikdə 9 aksiyada iştirak etdiyi müəyyən edilib.

Qeyd edilib ki, əməliyyatda Hərbi Hava Qüvvələri Komandanlığının təyyarələri, ATAK hücum helikopterləri və J-SİHA-nın dəstəyi ilə jandarma xüsusi əməliyyatları, jandarma xüsusi ictimai asayiş komandanlığı, jandarma komando qrupları və təhlükəsizlik qüvvələri iştirak ediblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”