27 iyul 2024 16:22
283

İranda həddindən artıq istilərlə əlaqədar bütün dövlət müəssisələri bağlanıb

Sabah İranda həddindən artıq istilərlə əlaqədar bütün dövlət müəssisələrinin bağlanmasına qərar verilib.

“İki sahil” xəbər verir ki, məlumatı İran Hökuməti İnformasiya Şurası yayıb.

Qərarın ölkə daxilində davam edən həddindən artıq istilərlə əlaqədar əhalinin sağlamlığını qorumaq və enerji istehlakını idarə etmək məqsədilə qəbul edildiyi bildirilib.

Qərara əsasən, sabah ölkə daxilində yardım xidmətləri istisna olmaqla, bütün dövlət qurumları və banklar bağlanacaq.

Ölkə daxilində istilərlə əlaqədar bu gün saat 10:00-dan sonra dövlət qurumları və banklar bağlanıb.

İranın cənubunda bəzi bölgələrdə havanın temperaturu 50 dərəcəyə çatdığı halda, meteoroloji proqnozlara görə, Tehranda bu gün havanın temperaturu 41 dərəcəyə çatıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”