30 iyul 2024 03:19
514

Həm qocalmanı ləngidir, həm də ürəyə faydalıdır

Pəhrizdə günəbaxan yağının üstünlük təşkil etməsi omeqa-6 yağ turşularının artıqlığına səbəb ola bilər. Rusiyalı doktor Sergey Aqapkin orqanizmdə poli doymamış yağ turşularının sağlam balansını necə yaratmağı izah edib.

“Rossiya” telekanalında həkim özünün həyat hiyləsini paylaşıb. Yeməkdə omeqa-6 turşularının konsentrasiyası bir qabda iki növ yağdan istifadə etməklə omeqa-3 turşuları ilə tarazlaşdırıla bilər.

"Günəbaxan yağının bir hissəsini iki hissə rəfinə edilməmiş kətan yağı ilə qarışdırın, omeqa-3 və omeqa-6 turşularının ideal nisbəti olacaq", - deyə həkim məsləhət görüb.

Kətan toxumu yağı orqanizmdə iltihabı yatıran omeqa-3 yağ turşuları ilə zəngindir. Omeqa-6 turşuları isə qocalığın sürətlə inkişafının və ürək-damar xəstəliklərinin yaranmasına səbəb olan iltihabi proseslərin qarşısını alır. Bu səbəbdən bu turşuların balansı vacibdir.

Nubar Süleymanova, “İki sahil”