"Google" şirkəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üzrə prioritetlər və dayanıqlı inkişaf həllərinin perspektivləri barədə müzakirələr aparılıb.
“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Facebook" sosial şəbəkəsindəki hesabında yazın.
"Google" şirkətinin nümayəndələri ilə müzakirələrimiz mövcud əməkdaşlıq və potensial istiqamətlərdə əlaqələrin genişləndirilməsi imkanlarını əhatə etdi", - nazir bildirib.
M.Cabbarovun sözlərinə görə, müzakirələrdə həmçinin innovativ təcrübələrin tətbiqi, bulud texnologiyaları üzrə birgə fəaliyyətin təşkili məsələləri əhatə olunub.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək