31 iyul 2024 01:29
500

İsti havalarda sudan daha təsirli bir içki var - Maye itkisinin qarşısını alır, susuzluğun müddətini uzadır

İsti havalarda müntəzəm su istehlakı bədənin su və elektrolit balansının qorunmasına kömək edir və sağlamlığın qorunmasını təmin edir. Lakin istilik dalğaları ilə mübarizə aparmaq üçün yalnız su içməklə kifayətlənməyib, südün də nəmləndirici xüsusiyyətlərinin olduğunu qeyd edən mütəxəssislər var.

İngiltərə mərkəzli sağlamlıq və tibb şirkəti olan Medichecks’in tibbi direktoru Dr. Natasha Fernando, Metro.co.uk’a verdiyi açıqlamada süd içmənin maye itkisinin qarşısını almaqda təsirli ola biləcəyini bildirib. Dr. Fernando'nun açıqlamalarına görə, süd, maye ehtiyacını qarşılamaqda su qədər təsirli ola bilər.

Süd, susuz qalma müddətini uzatmaqda bir neçə şəkildə təsirli ola bilər

Dr. Natasha Fernando, südün tərkibindəki şəkər, protein və yağın mədədəki mayenin boşalma sürətini yavaşladaraq, susuz qalma müddətini uzatdığını bildirir. Həmçinin, südün tərkibində natrium olduğunu və bunun bədənin suyu daha uzun müddət saxlamasına kömək etdiyini qeyd edir.

Veqan veya laktoz intoleransı olan bireyler üçün də süd yerinə bitki əsaslı alternativlər mövcuddur. Dr. Fernando, soya südünün də elektrolitlər ehtiva etdiyini və rehidrasiyanı artırmağa kömək edə biləcəyini vurğulayır.

Başqa hansı içkilər təsirlidir?

İsti havalarda süd istehlakından əlavə olaraq qarpız karpuz, kakos suyu və digər təzə meyvə şirələri də sərinləməyə kömək edir.

İsti havalarda isti su içmək olar?

Digər tərəfdən, isti havalarda isti içkilərin sərinləməyə kömək edə biləcəyi düşüncəsi də aktualdır. Cambridge Universitetindən sinir alimi Peter McNaughton, isti içkilərin bədən istiliyini tənzimləməkdə təsirli olduğunu və tərleməni təşviq etdiyini bildirir.

Lakin, bu metodun yalnızca dərinizdəki tərin buxarlaşa biləcəyi vəziyyətlərdə təsirli olduğunu unutmamaq lazımdır. Rütubətli hava və ya çoxlu geyimlər bu prosesə mənfi təsir edə bilər.

Nigar Orucova, “İki sahil”