01 avqust 2024 01:56
516

Bu həftə radio dalğalar kəsilə bilər

Bu həftə Yer kürəsində radio rabitədə problemlər yarana bilər. Bu barədə “Daily Mail” xəbərdarlıq edib. Qəzetin məlumatına görə, NASA Günəşdə tünd plazmanın axınını qeydə alıb.

“Soyuq alov elektrik şəbəkəsində dalğalanmalara gətirib çıxara bilər. Bu, radio, aviasiya və peyk rabitəsinin pozulmasına və Yer kürəsində elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər.

Mütəxəssislərin fikrincə, tünd plazmanın buraxılması ilə hər şey bitməyəcək. Növbəti 24 saat ərzində yeni orta səviyyəli günəş alovlarının baş vermə ehtimalı 60% təşkil edir.

Qeyd edək ki, tünd plazma “isti” plazmadan daha aşağı temperatura malikdir.

Nubar Süleymanova, “İki sahil”