02 avqust 2024 03:24
593

Sən demə albalı...

Yay aylarının sevimli meyvəsi olan albalının saysız-hesabsız faydaları var. C vitamini ilə zəngin olan bu meyvə, hətta arıqlamağa da kömək edir. Albalı düzgün istifadə edildikdə əzələ ağrılarını aradan qaldırır və immuniteti gücləndirir.

Diyetoloq Betül Serttaş bu meyvənin az bilinən faydalarından danışıb.

Belə ki, polifenol mənbəyi olan albalı, tərkibində bol miqdarda Beta Karoten və C vitamini ehtiva edir. Bu xüsusiyyəti ilə albalı, antioksidan və antiinflamatuvar təsirə malikdir.

Antioksidanla zəngin qidalanma, xroniki xəstəliklərin riskini azaldır və iltihabın qarşısını alır.

A vitamini və Kalium başda olmaqla bir çox vitamin ehtiva edən albalı, əzələ ağrılarının aradan qaldırılmasında və immunitet sistemini gücləndirməkdə olduqca təsirlidir.

Albalı, bədəndən atılması lazım olan maddə olan ürik turşusunun uzaqlaşdırılmasında da əsas rol oynayır. Bu təsiri ilə albalı, gut, böyrək daşı kimi xəstəliklərin müalicəsində fayda təmin edir.

Yuxuya getməkdə çətinlik çəkənlər üçün albalının başqa bir möcüzəsi daha var…

Albalı, yuxu hormonu olan melatonin hormonunu stimullaşdıraraq bədəni rahatladır və yuxu keyfiyyətini artırır.

Albalının arıqlatdığını desək, necə?

Tərkibindəki yüksək lif miqdarı və aşağı qlisemik indeksə malik olması səbəbindən kilo nəzarətində də rahatlıqla istifadə edə biləcəyiniz albalı, qarın nahiyəsində yağlanmanın azalmasına kömək edir.

Nigar Orucova, “İki sahil”