SOCAR qlobal miqyasda metan emissiyalarının azaldılması sahəsində ciddi niyyətini və bu istiqamətdə elan etdiyi dekarbonizasiya hədəflərinə sadiqliyini nümayiş etdirərək, “Neft Qaz Metan Tərəfdaşlığı”na (“OGMP 2.0”) qoşulub.
Şirkətdən “İki sahil”ə verilən məlumata görə, bu tərəfdaşlığa qoşulmaqla SOCAR qlobal enerji sektorunda ətraf mühitin qorunması istiqamətində ən yaxşı təcrübələrin qazanılması, tətbiq olunması, habelə metan emissiyalarına dair daha ətraflı və beynəlxalq standartların tələblərinə uyğun hesabatvermə imkanı əldə edib.
“Neft Qaz Metan Tərəfdaşlığı”na qoşulma SOCAR-ın qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə verdiyi töhfənin bir hissəsi olmaqla, şirkətin uzunmüddətli dayanıqlı inkişaf strategiyasının məqsədlərinə xidmət edir.
“OGMP 2.0” 2014-cü ildə BMT-nin Ətraf Mühit Proqramı (“United Nations Environment Programme” – UNEP) tərəfindən təsis edilib. Proqram neft-qaz sənayesində metan emissiyalarına dair əhatəli ölçmə, emissiyaların azaldılması və hesabatlılığı özündə əks etdirən beynəlxalq platformadır.
“OGMP 2.0”-ın məqsədi metan emissiyaları haqqında dolğun məlumatların əldə edilməsi, emissiyaların azaldılması fəaliyyətinin təşviq olunması və ən yaxşı təcrübələrin tətbiqi ilə şəffaf hesabatlılığın aparılmasıdır.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR