06 avqust 2024 23:36
507

Süni intellekt terrorçulara bioloji silah yaratmaqda kömək edə bilər - Bloomberg

Biokimyaçı və BMT-nin keçmiş silah müfəttişi Rokko Kasagrande “Klaude” çatbotunu sınaqdan keçirdikdən sonra bu süni intellektin terrorçulara bioloji silah yaratmaqda kömək edə biləcəyini söyləyib.

Ekspert aydınlaşdırıb ki, süni intellekt terrorçulara bioloji agentləri müəyyən etməyə kömək edə bilər ki, bu da bioloji silahların yaradılması və yayılması riskini artırır.

“Hər bir terrorçunun öz kiçik “alimi” olsa nə olar?" - Kasagandre "Bloomberg”ə bildirib.

Bundan əvvəl Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin rəhbəri Mayk Burqess demişdi ki, neyron şəbəkələrin inkişafı düşmənlərin imkanlarının artmasına və nəticədə intensiv casusluğa və yalan məlumatların yayılmasına səbəb ola bilər.

Nubar Süleymanova, “İki sahil”