İndoneziyanın badminton üzrə olimpiya komandasının əməkdaşı Arman Darmaci qarət olunub.
“İki sahil” "Antara" nəşrinə istinadən xəbər verir ki, hadisə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları zamanı baş verib.
Yığmanın menecerinə məxsus çanta bazar ertəsi avtomobildən oğurlanıb. Cinayətkarlar pul, kredit kartı və pasportu götürüblər.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq