07 avqust 2024 23:55
516

Sultanların sevimli çiçəyi

Belə bir çiçək vardır, adına zanbaq deyilir. Əzəli  Vətəni  bizim qonşu ölkə İran olub.  Qaldı ki, qardaş Türkiyədə  çox-çox qədim zamanlarda becərilib, indinin özündə isə  lala kimi məşhurdur. Osmanlıda  ləçəklərin zərifliyi,  incəliyi ilə sultanları  özünə heyran qoyan zanbaq həmişə sarayların, malikanələrin  bağçasını bəzəyib. Eyni zamanda hər bahar gələni çiçəklə bağlı möhtəşəm baram tədbirləri  təşkil olunub. Osmanlı imperiyasının bir dövrü  məhz onun adı ilə “Lalə dövrü” olaraq  tarixin ən dərin qatlarında özünə yer edib.

Deyilənlərə görə, on altıncı  əsrin ortalarında Avstriya  imperatorunun elçisi Türkiyəyə gəlib. O, burada  ölkənin gül bağçalarını gəzəndə  tanımadığı bir çiçək onun qəlbinə daha çox yatıb. 1554-cü ildə çoxlu  miqdarda toxum Vyanaya aparıb.  Burada onu yetişdirəndən  sonra zanbağın    sorağı   bütün Avropaya yayılıb. Eləcə çox keçmədən  Avstriyada,  Fransada, İngiltərədə, Almaniyada, Amerikada göz oxşayıb,  ətrafına gözəllik saçmaqla başqa çiçəklərə meydan oxuyub.

Çiçək  özünün ən böyük şöhrət tacını Niderlanda başına qoyub. Belə ki, 1634-cü ildə buraya ayaq açdığı gündən şəhər küçələrin, meydanların, evlərin ən gözəl çiçəyi olmaqla könül oxşayıb. Daha sonra hollandlar zanbağın  sorağına düşüblər. Və qısa müddətə istəklərinə çatıb,  çıçəyi dünyanın müxtəlif ölkələrindən  gətirib, öz bağlarında əkiblər.  Həm də onun müxtəlif növlərini yetişdiriblər.

İndinin özündə dünyada  zanbağın 2500 növü  məlumdur. Həmçinin neçə-neçə   əsr bunda əvvəl əfsanə, nağıl,  miflərdə xatırlanan  zanbaqlar Yunanistanda  ümid, Rusiyada sülh və təmizlik, Fransada mərhəmət, Almaniyada isə sədaqət   simvolu sayılır.

Zanbaq çiçəyin xalq təbabətdə  bəzi xəstəliklərin müalicəsində  “həkimliyi” var.  Yağının yanıq yerlərin sağalmasında əhəmiyyəti böyükdür.  Qulaq ağrılarını  kəsmək üçün istifadəsi  olduqca səmərəlidir. Zanbaq gülündən çəkilmiş nektar zeytun yağında bir qədər saxlananda yara, eləcə də yanıqlara  çəkilən zaman  yaxşı effekt verir. İkinci tərəfdən ətriyyatda ən çox işlədilən çiçəkdir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü