Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb.
“İki sahil” xəbər verir ki, 58 kq çəki dərəcəsində yer alan idmançı finalda Cənubi Koreya təmsilçisi Park Taejoonla qarşılaşıb.
Rəqibinə məğlub olan Maqomedov fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Taekvondoçumuz ilk hissəni geridə tamamlayıb - 0:9. İkinci hissəni isə sona qədər davam etdirə bilməyib.
Q.Maqomedov görüş zamanı ayağından ziddi zədə alıb. Ayağını yer basmaqda çətinlik çəkən idmançımız qarşılaşmanı yarımçıq dayandırıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq