Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq.
“İki sahil” xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.
Bildirilib ki, Xəzər rayonunda qaz xəttinin yerinin dəyişdirilməsi, Nərimanov rayonunda siyirtmənin təmir olunması, Qaradağ rayonunda yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması və qaz tənzimləyicilərin quraşdırılması, "Cəlilabad" QPS-də sənaye xətti ilə əhali xətti arasında əlaqələndirici qaz xəttinin quraşdırılması, Kürdəmir rayonunda isə yeraltı qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədi ilə 09.08.2024-cü il tarixində saat 10:00-dən etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə paytaxtın Xəzər rayonunun, Nərimanov rayonunun (Azadlıq, Z. Bünyadov prospektləri, M. Araz, M. Əlizadə, Ş. Rəhimov, X.Şuşinski, Y.V.Çəmənzəminli küçələri), və Qaradağ rayonunun (Ümüd qəsəbəsi) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Həmçinin Cəlilabad (rayon mərkəzi və 17 kənd) və Kürdəmir rayonlarının da (rayon mərkəzi və 18 kənd) qaz təchizatının müvəqqəti məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR