İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
“İki sahil” Kataloniya təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, Almaniyanın "Leyptsiq" klubundan Dani Olmo transfer edilib.

Tərəflər 26 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı razılığa gəliblər. Onun müqaviləsinin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulacaq.
Qeyd edək ki, İspaniya yığması ilə AVRO-2024-ün qalibi olan D.Olmo ötən mövsüm Bundesliqa komandasında meydana çıxdığı 25 oyunda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq