SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) növbəti dəfə “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günündə I və II ixtisas qrupları üzrə imtahan vermiş abituriyentlər, o cümlədən ölkənin müxtəlif orta məktəb şagirdləri və onların valideynləri iştirak ediblər.
“İki sahil” xəbər verir ki, görüş zamanı BANM-ın rektoru Elmar Qasımov Ali Məktəbin üstünlükləri barədə ətraflı məlumat verib, SOCAR rəhbərliyinin diqqət və qayğısı sayəsində tələbələr üçün hər cür şərait yaradıldığını vurğulayıb. Rektor Ali Məktəb haqqında iştirakçıların suallarını cavablandırıb. Yeni açılan Kompüter elmləri ilə yanaşı, tədris olunan digər ixtisaslar barədə ətraflı məlumat verib.
Sual-cavab sessiyasından sonra kampus turu təşkil olunub.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR